Çimərlikdə çanta oğurlayan şəxs saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çimərlikdə çanta oğurlayan şəxs saxlanıldı - FOTO

Qafar Ağayev11:30 - 27 / 07 / 2023
Çimərlikdə çanta oğurlayan şəxs saxlanıldı - FOTO

Çimərlikdə çanta oğrusu saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Şıx çimərliyində bir nəfərin içərisində pulu, mobil telefonu, qulaqcıq, qol saatı, bank kartları və sənədləri olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qüdrət Sultanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər