Azərbaycan kinosuna itki üz verib | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan kinosuna itki üz verib

11:09 - 29 / 07 / 2023
Azərbaycan kinosuna itki üz verib

Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.

Bu barədə 1news.az-a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Vulkana doğru” (film, 1977), “Anın quruluşu” (film, 1980), “Bağlı qapı” (film, 1981), “Üzeyir ömrü” (film, 1981), “Gümüşü furqon” (film, 1982), “Asif, Vasif, Ağasif” (film, 1983), “Burulğan” (film, 1986), “Təxribat” (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.

O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər