Sabirabadda 16 yaşlı oğlanı və 12 yaşlı əkiz qardaşları cərəyan vuraraq öldürüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 16 yaşlı oğlanı və 12 yaşlı əkiz qardaşları cərəyan vuraraq öldürüb - YENİLƏNİB

13:34 - 31 / 07 / 2023
Sabirabadda 16 yaşlı oğlanı və 12 yaşlı əkiz qardaşları cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Sabirabadda 3 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Sabirabad rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, iyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

12:41

Sabirabadda 12 yaşlı əkiz qardaşları və 16 yaşlı qohumunu su kanalında elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin n mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər