Nazirlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib

11:16 - 03 / 08 / 2023
Nazirlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Elm və Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Bildirilib ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

"Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur" -deyə məlumatda qeyd olunub.

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər