Sumqayıtda Telekommunikasiya Qovşağının naqilini oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda Telekommunikasiya Qovşağının naqilini oğurlayan şəxs saxlanılıb

10:43 - 04 / 08 / 2023
Sumqayıtda Telekommunikasiya Qovşağının naqilini oğurlayan şəxs saxlanılıb

Sumqayıt Telekommunikasiya Qovşağına məxsus naqili oğurlayan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Əlövsət Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Sumqayıt Telekommunikasiya Qovşağına məxsus 50 metr naqili oğurlaması da müəyyən olunub.

Paylaş:
922

Son xəbərlər

Bütün xəbərlər