FHN: Ötən sutka ərzində 60 yanğına çıxış olub, 14 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka ərzində 60 yanğına çıxış olub, 14 nəfər xilas edilib

10:47 - 04 / 08 / 2023
FHN: Ötən sutka ərzində 60 yanğına çıxış olub, 14 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış, 12 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 14 nəfər, o cümlədən dənizdə nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi olan 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib. Həmçinin, Masallı rayonu, Sərçuvar kəndi yaxınlığında “DAF” markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
1363

Son xəbərlər

Bütün xəbərlər