Axtarışda olan şəxs oğurluğa görə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Axtarışda olan şəxs oğurluğa görə saxlanılıb

12:22 - 07 / 08 / 2023
Axtarışda olan şəxs oğurluğa görə saxlanılıb

Sumqayıtda axtarışda olan şəxs oğurluğa görə saxlanılıb.

Daxili İşlər Nazirliyinn Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda bir anbardan 7 ədəd elektrik mühərriki, kompressor, qaz balonu, mühərrik qaldıran açar dəsti və 4 ədəd balans mühərriki, bir avtomobil təmiri sexinin həyətindən isə avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri Elvin Allahverdiyev və əvvəllər məhkum olunmuş Xəqani Əhmədov saxlanılıblar.

Araşdırmalarla E.Allahverdiyevin borclu qismində axtarışda olması da müəyyən olunub.

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər