Səfir Rasim Balayev və “Babək” filmi ilə bağlı maraqlı paylaşım edib
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu gün 75 yaşı tamam olmuş Xalq artisti Rasim Balayevlə bağlı paylaşım edib.
1news.az xəbər verir ki, Nəsimi Ağayev Xalq artistini aktyor kimi daha çox məşhurlaşdıran “Babək” filminin 1981-ci ildə Berlində alman dilinə dublyaj edilməsi məsələsinə diqqət çəkib.
“Azərbaycanın məşhur aktyoru Rasim Balayev Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilib. Balayev 1981-ci ildə Berlində mükəmməl şəkildə alman dilinə dublyaj edilən “Babək” filmindəki rolu ilə də tanınıb”, - səfir qeyd edib.
913