Bakı-Şamaxı-Yevlax yolunda rənglənmə işləri aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Şamaxı-Yevlax yolunda rənglənmə işləri aparılır

17:45 - 09 / 08 / 2023
Bakı-Şamaxı-Yevlax yolunda rənglənmə işləri aparılır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-26-cı km-lik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) 1news.az-a verilən məlumata görə, sözügedən işlər bir neçə gün davam etdiriləcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər