Sabirabadda 16 yaşlı oğlan Kürdə boğulub

Sabirabadda 16 yaşlı oğlan Kürdə boğulub.
1news.az xəbər verir ki, Kür çayının rayonun Muğan Gəncəli kəndindən keçən hissəsindən naməlum şəxsə məxsus paltarlar aşkar edilib.
Həmin paltarların 2007-ci il təvəllüdlü Məlikzadə Babək Rafət oğluna məxsus olduğu məlum olub.
Onun çayda boğulması ehtimal edilir. FHN-in dalğıcları tərəfindən onun axtarışları hazırda davam edir.
287