“Azeronline” hər kəsə qazandıran “Dostunu Azeronline-a gətir” kampaniyasına start verir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azeronline” hər kəsə qazandıran “Dostunu Azeronline-a gətir” kampaniyasına start verir

17:31 - 10 / 08 / 2023
“Azeronline” hər kəsə qazandıran “Dostunu Azeronline-a gətir” kampaniyasına start verir

“Azeronline BM” LTD ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməkdə davam edir.

Missiyası sürətli internet bağlantısını ölkənin hər bir guşəsində əhali üçün əlçatan etmək olan şirkət, strategiyasına uyğun olaraq ən ucqar yaşayış məntəqələrində belə şəbəkə quruculuğu və abunəçi qoşulması əməliyyatlarını uğurla həyata keçirir.

Hər kəsin GPON şəbəkəsi üzərindən yüksəksürətli internet xidmətindən asanlıqla yararlanması üçün “Azeronline” şirkəti tərəfindən güzəştli kampaniyalar təklif olunur. 2023-cü ilin Avqust ayında şirkət tərəfindən bütün Azərbaycan ərazisində keçirilən “Dostunu gətir” kampaniyası həm cari Azeronline abonentləri, həm də xidmətə yeni qoşulmaq istəyən sakinlərə sərfəli şərtlər təklif edir.

“Dostunu gətir” kampaniyası çərçivəsində hər bir “Azeronline” abunəçisi öz dostlarını “Azeronline” müştərisi olmağa dəvət edə bilər. Beləliklə, hər iki tərəf 1 ay pulsuz internet əldə edəcək. Nə dost-qohum, nə də qonşu internetsiz qalacaq. Ən əsası isə sayda limit yoxdur. Abunəçi nə qədər çox dostunu cəlb etsə, o qədər ay pulsuz internet əldə edəcək.

Kampaniya bununla da bitmir! Bir çox regionda yeni nəsil Huawei modemi də kampaniya çərçivəsində pulsuz verilir. Kampaniyadan yararlanmaq üçün abunəçi qeydiyyat linkinə daxil olaraq özü və dəvət etdiyi dostu barədə məlumatları daxil etməlidir. Sözü gedən hər iki kampaniya 16 avqusta qədər qüvvədə olacaqdır.

Qeyd edək ki, təklif olunan etibarlı internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Həmin üstünlüklər sürətli quraşdırma, kəsintisiz internet təminatı və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 18 AZN-dən başlayır.

Məlumat üçün bildiririk ki, “Azeronline BM” LTD-nin Çağrı mərkəzi ay ərzində 25 mindən çox zəng qəbul edərək 24/7 aktiv müştəri xidmətləri göstərir. GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün 8220 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyənlər ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda Optik İnternet istifadəçisinə çevrilə bilərlər.

Şirkət haqqında

“Azeronline” LTD Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan “Azeronline” hazırda həm fərdi, həm də korporativ müştərilərinə müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri təqdim edir. 100 mindən çox müştəri bazasına sahib olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer almaqdadır.

Reklam hüququnda

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər