Xocəsən–Lökbatan yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocəsən–Lökbatan yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12:55 - 11 / 08 / 2023
Xocəsən–Lökbatan yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xocəsən–Lökbatan avtomobil yolunda piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 12 avqust axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər