Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib

Qafar Ağayev17:55 - 15 / 08 / 2023
Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib

Avqustun 15-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə əlaqədar Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dağıstan Xalq Məclisinin sədri Zaur Askenderova başsağlığı məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar rusiyalı həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalması diləklərini çatdırıb.

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər