Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə kitabça nəşr edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə kitabça nəşr edilib

Qafar Ağayev17:53 - 16 / 08 / 2023
Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə kitabça nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.

Bu barədə 1news.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Kitabçanın elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə müvafiq kitabçalar apellyasiya prosesi ilə əlaqədar avqustun 18-dək çap ediləcək.

Paylaş:
411

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər