Filarmoniyanın yay səhnəsində Niyazinin doğum gününə həsr olunan konsert keçirildi - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Filarmoniyanın yay səhnəsində Niyazinin doğum gününə həsr olunan konsert keçirildi - FOTO

16:42 - 21 / 08 / 2023
Filarmoniyanın yay səhnəsində Niyazinin doğum gününə həsr olunan konsert keçirildi - FOTO

Avqustun 20-də dünya şöhrətli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (1912-1984) anadan olmasının 111-ci ildönümü tamam oldu. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətlə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi.

Uzun fasilədən sonra filarmoniyanın yay səhnəsində baş tutan konserti izləməyə çoxsaylı musiqisevərlər, paytaxtımızın qonaqları, Mədəniyyət Nazirliyinin nümayəndələri, musiqi xadimləri gəlmişdi.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) çıxış etdilər.

Niyazinin “Konsert valsı” ilə başlayan konsert proqramı ilk notlarla açıq səmadan mavi Xəzərə bir salam yollayaraq həmin gün unudulmaz maestronun ruhuna sürəkli alqışları bəxş etdi. Daha sonra Niyazinin işləməsində “Qaragilə” xalq mahnısını Gülnar Qüdrətli özünəməxsus ifa tərzi ilə təqdim etdi.

Fatimə Cəfərzadənin ifasında “Arzu” romansı da bu dəfə Niyazi yaradıcılığına yeni yanaşmanı ortaya qoydu. Bu da əbəs deyildi. Çünki Niyazi özü də vaxtilə Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdı.

Filarmoniyanın yay səhnəsində həm əyləşən, həm də konserti elə ayaqüstü dinləyən tamaşaçıları orkestrin çıxışını və solistlərin ifalarını sürəkli alqışlarla qarşıladılar.

Dahi dirijorun doğum gününə töhfə olan konsert proqramı bəstəkarın “Rast” simfonik muğamı ilə yekunlaşdı. Niyazi bu məşhur əsəri 37 yaşında, 1949-cu ildə nota alıb.

Azərbaycan milli dirijorluq məktəbinin formalaşmasında müstəsna rol oynayan sənətkarın zəngin irsi musiqi mədəniyyətimizdə əbədi yaşayacaq.

Paylaş:
567

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər