Dövlət qurumlarında 11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qurumlarında 11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub

Qafar Ağayev11:53 - 22 / 08 / 2023
Dövlət qurumlarında 11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət idarə, müəssisə və təşkilatlarında metroloji nəzarət tədbirləri davam etdirilir.

1news.az Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar ayından etibarən Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.

Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azərişıq” ASC-nin tabeliyində olan 2 müəssisədə 12 ölçmə vasitəsi, “Azərsu” ASC-nin tabeliyində olan 7 müəssisədə 259 ölçmə vasitəsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516 ölçmə vasitəsi, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan 5 müəssisədə 165 ölçmə vasitəsi, “Bakı Metropoliteni” QSC-də 6713 ölçmə vasitəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan 59 müəssisədə 3481 ölçmə vasitəsi yoxlamaya cəlb olunub.

Hazırda Dövlət Xidməti tərəfindən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqlərə başlanılıb, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə isə monitorinqlər davam etdirilir.

Paylaş:
350

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər