Ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxsin barəsində cinayət işi məhkəməyə göndərildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxsin barəsində cinayət işi məhkəməyə göndərildi

Qafar Ağayev15:53 - 23 / 08 / 2023
Ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxsin barəsində cinayət işi məhkəməyə göndərildi

Hakimiyyət nümayəndəsinə müqavimət göstərərkən ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluqdan 1news.az-a verilən xəbərə görə, aprelin 26-da Sabirabad rayon Beşdəli kənd sakini Qələm Balakişiyevanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Sabirabad rayon Beşdəli kənd sakini Ehtiram Tarverdiyevin qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar onun yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına atdığı daş parçasının həmkəndlisi Qələm Balakişiyevanın baş nahiyəsinə dəyməsi nəticəsində sonuncunu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə), 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Paylaş:
272

Son xəbərlər

Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41
Bütün xəbərlər