“Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxarılıb

Qafar Ağayev11:25 - 23 / 08 / 2023
“Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb.

Klubdan 1news.az-a verilən məlumata görə, biletləri “iticket.az” saytından onlayn şəkildə əldə etmək olar.

Biletlərin qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Bundan əlavə, VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 200 manatdır.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” görüşü saat 20:00-da başlayacaq.

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər