Azərbaycan XİN Makrona cavab verib: “Laçın humanitar dəhlizi” kimi ifadələr qəbuledilməzdir” | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Makrona cavab verib: “Laçın humanitar dəhlizi” kimi ifadələr qəbuledilməzdir”

Qafar Ağayev17:22 - 28 / 08 / 2023
Azərbaycan XİN Makrona cavab verib: “Laçın humanitar dəhlizi” kimi ifadələr qəbuledilməzdir”

"Avqustun 28-də Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir".

1news.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.

O vurğulayıb ki, Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir.

"Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil", - A.Hacızadə bildirib.

O deyib ki, Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir:

"Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir.

Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin tanınması təşəbbüsünün müəllifliyinin Fransa tərəfinin olduğunu bildirən Fransa tərəfinin, nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı.

Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq".

Paylaş:
508

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər