Klassik avtomobillərin yürüşü və konsert olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Klassik avtomobillərin yürüşü və konsert olub - FOTO

Qafar Ağayev11:42 - 28 / 08 / 2023
Klassik avtomobillərin yürüşü və konsert olub - FOTO

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Bu avtomobillər yürüş üçün Avtomobil Federsiyasında qeydiyyat keçən və Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatları olan nəqliyyat vasitələri olub.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş ediblər. Yürüşə 1983-cü ilədək istehsal olunan nəqliyyat vasitələri qatılmışdı. Əvvəlcə klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Artıq ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər birinin olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.

Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarında nostalji hisslər yaradaraq, keçmişə səyahət hissi bəxş edib.

Maşın karvanında qeyri-adi avtomobillər də yer almışdı. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz Qaz-M21 Volqa avtomobili üzərində edilib. Yürüşdə iştirak edən bu Qaz-M21 Volqa görünüş etibari ilə avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.

50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada sərgisi olub.

Məkanda müxtəlif təqdimatlar və əyləncələrin keçirildiyi sponsorlar zonası da təşkil edilmişdi. Burada son illərdə paytaxt Bakının ev sahibliyi etdiyi “Formula 1”in bolidi də yer almışdı.

Tamaşaçılara həmçinin tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edilib. Konsertdə sevilən müğənnilər Aisel, Cin, Dilarə Kazımova, Nigar Camalzadə, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər.

Klassik avtomobillərin yürüşü zamanı “Sea Breeze”də ziyarətçilər üçün əyləncə proqramı da təşkil olunmuşdu: müsabiqələr keçirilib, müxtəlif nominasiyalarda hədiyyələr təqdim edilib. “Ən nizamlı sürücü” adını “Moskviç-412” markalı avtomobilin sürücüsü Təbriz Qorçiyev alıb. “Ən unikal avtomobil” nominasiyasına “Jaguar E-Type” avtomobilinin sahibi Graeme Alexander Taylor layiq görülüb. “Ən qədim avtomobil” nominasiyasında “Ford Model A” markalı avtomobilin sahibi Azad Kərimov qalib seçilib. “Məşhurların seçimi olan avtomobil” nominasiyasında qalib isə “Volvo” markalı avtomobilin sahibi Murad İsmayılov olub.

“Ən rəngarəng retro geyim” nominasiyasında birinci yerə Gülnar Hacızadə, ikinci yerə Könul Quliyeva layiq görülüblər. “Ən rəngarəng geyim və xüsusi qonaq” nominasiyasında isə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Guo Min təltif olunub.

Paylaş:
334

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər