Bakının mərkəzinin yeni reallığı: Boş parkinq yerləri və ciddi nəzarət, hamı razıdırmı? - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Reportaj

Bakının mərkəzinin yeni reallığı: Boş parkinq yerləri və ciddi nəzarət, hamı razıdırmı? - FOTO - VİDEO

13:46 - 30 / 08 / 2023
Bakının mərkəzinin yeni reallığı: Boş parkinq yerləri və ciddi nəzarət, hamı razıdırmı? - FOTO - VİDEO

Bildiyimiz kimi Azərbaycanda Nəqliyyat vasitələrinin parklanmasının idarəedilməsi üçün mobil tətbiq - "AzParking" bu il avqust ayının 7-dən istifadəyə verilib.

Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 28 avqustda açıqladığı məlumata görə tətbiqi 69 990 nəfər yükləyib. Balansı artırmaq üçün isə cəmi 2816 nəfər əməliyyat həyata keçirib.

Bir çox Bakı sakinləri qeyd edir ki, avtomobillərin parklanması üçün nağdsız ödəniş sisteminin artıq tətbiq olunduğu küçələrdə paytaxt üçün görünməmiş mənzərə yaranıb - burada bütün günü pulsuz parkinq yerləri tapmaq olar.

Bunun iki səbəbi var - agentlik əməkdaşlarının nəzarəti və parkinq qiymətlərinin yüksək olması. Bildiyiniz kimi, Bakı dörd parkinq zonasına bölünüb və hər zonaya uyğun olaraq rüsumlar tutulur. Parkinqin qiyməti 30 qəpikdən 1 manata qədərdir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, avtomobillərin ödənişli dayanacaqlarda 15 dəqiqəyə qədər saxlanmasına görə ödəniş tələb olunmur. 22:00-dan 07:00-a qədər, həmçinin bazar günləri avtomobillərin parklanması pulsuzdur.

Bakının, xüsusən də şəhərin mərkəzində dayanacaqların idarə olunması sahəsində islahatlara çoxdan ehtiyac var idi. Dayanacaqların düzgün idarə edilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələri daha rahat və təhlükəsiz edir, bütün növ nəqliyyat sahiblərinə şəhər ərazisindən səmərəli istifadə etməyə imkan verir.

Bakı Nəqliyyat Agentliyi, indi isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəfələrlə bəyan edib ki, əsas məqsədlərdən biri şəhərdə avtomobillərin yığılmasını azaltmaq və vətəndaşları ictimai nəqliyyatdan istifadəyə təşviq etməkdir.

Amma medalın iki tərəfi var. Əgər parkinqlə bağlı problemlər həll olunmağa başlayıbsa, paytaxtda ictimai nəqliyyat hələ də problem olaraq qalır. Vətəndaşları şəxsi avtomobillərdən imtina etməyə və ictimai nəqliyyatı seçməyə məcbur edəcək tədbirlər ictimai nəqliyyatın inkişafı və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə paralel getməlidir. Dərs ilinin başlaması ilə bu problem yenidən gündəmə gələcək - metronun girişində böyük növbələr, avtobusların uzun müddət gözləməsi. Və bunun alternativi yoxdur. Bakıda metro stansiyaları bir neçə ildən bir stabil şəkildə istifadəyə verilir, tramvay və trolleybuslar haqqında söhbət ancaq ekspert səviyyəsində vaxtaşırı yenilənir. Bütün bunlar Bakı sakinlərinin şəxsi avtomobillərdən istifadəyə üstünlük vermələrinə səbəb olub.

Bununla belə, yeni parkinq qaydaları yeni reallıq yaradıb.

1news.az-ın çəkiliş qrupu paytaxtın Yasamal rayonu Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələrində olub və Bakıda yeni parkinq sisteminin necə işlədiyini öyrənməyə çalışıb.

Müxbir: Teymur Maksudov

Foto+video: Nadir İbrahimli

Paylaş:
1184

Son xəbərlər

DYP yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələyibBu gün, 13:43Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir - YENİLƏNİBBu gün, 13:39Prezident Şuşa-Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayırıbBu gün, 13:24Ağdamda mina partlayıb, xəsarət alan varBu gün, 13:19Şuşa‒Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıbBu gün, 13:08Baş nazir: İşğaldan azad olunmuş ərazilərə 2026-cı ilədək 34 500 ailənin köçürülməsi nəzərdə tutulubBu gün, 13:02Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşirBu gün, 12:37Dekabrın 6-da hava necə olacaq? - ProqnozBu gün, 12:26Gəncədə itlərin vurulması ilə bağlı görüntülər araşdırılırBu gün, 12:22Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edirBu gün, 12:16“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdəBu gün, 11:49Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilibBu gün, 11:48“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı! - FOTOBu gün, 11:35Səhiyyə Nazirliyindən 10 yaşa qədər uşaqların qızılcaya qarşı peyvəndi ilə bağlı əhaliyə müraciətBu gün, 11:22Azərbaycan Prezidenti Tailand Kralını təbrik edibBu gün, 11:18ASCO korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini davam etdirir - VİDEOBu gün, 11:17Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıbBu gün, 11:06Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıbBu gün, 11:03Azərbaycan və Kuba arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTOBu gün, 10:54Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilibBu gün, 10:41
Bütün xəbərlər

Next TV