Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyənin Zəfər bayramı ilə bağlı tədbir keçirilib
Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyənin Zəfər Bayramının 101-ci ildönümünə həsr edilən tədbir keçirilib.
1news.az xəbər verir ki, tədbir açıq elan olunduqdan sonra Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.
Tədbirdə çıxış edənlər Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılan möhtəşəm tarixi Zəfərin türk xalqının hərb tarixinə yazılan ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıblar. Türk ordusunun tarix boyu düşmənlərinə qarşı qətiyyətlə savaşaraq igidlik, qəhrəmanlıq nümayiş etdirdiyi, döyüş meydanında hər zaman hünər güstərərək şanlı qələbələrə imza atdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
“30 avqust Zəfərinin hekayəsi” adlı qısametrajlı film nümayiş olunduqdan sonra hərbi institutun kursantları tərəfindən şeirlər səsləndirilib.
Sonda Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi orkestrinin müşayiəti ilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Türkiyənin Zəfər bayramını tərənnüm edən mahnı və marşlar ifa ediblər.