Bakıda yaşayış binasında yanğın oldu - Sakinlər təxliyə edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın oldu - Sakinlər təxliyə edildi

18:03 - 31 / 08 / 2023
Bakıda yaşayış binasında yanğın oldu - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər