Bərdədə marketdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə marketdə yanğın olub

09:33 - 31 / 08 / 2023
Bərdədə marketdə yanğın olub

Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli tikilinin (market kimi fəaliyyət göstərir) içərisində 1 ədəd vitrin soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 1 m² sahədə əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər