Füzuli sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzuli sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub

13:20 - 07 / 09 / 2023
Füzuli sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub

Mənzil başına çatan Füzuli şəhər sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub.

1news.az APA-ya istinadla xəbər verir ki, yeni köçürülən ailələri qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseyinov yeni köçürülən ailələrə mənzillərin açarlarını təqdim edib.

***

12:41

Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən növbəti köç karvanı artıq mənzil başına çatıb.

1news.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə 102 nəfərdən ibarət daha 25 ailə köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 349 nəfərdən ibarət 95 ailənin daimi məskunlaşması təmin edilib.

***

07:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

1news.az xəbər verir ki, sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər