Əliqismət Lalayev beynəlxalq festivalın münsiflər heyətində iştirak edəcək - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Əliqismət Lalayev beynəlxalq festivalın münsiflər heyətində iştirak edəcək - FOTO

14:38 - 07 / 09 / 2023
Əliqismət Lalayev beynəlxalq festivalın münsiflər heyətində iştirak edəcək - FOTO

Sentyabrın 8-dən 16-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Belarusun Brest şəhərində keçiriləcək XXVII Beynəlxalq “Belaya veja” Teatr Festivalının münsiflər heyətində iştirak edəcək.

1news.az xəbər verir ki, Rusiya, Bolqarıstan, Qazaxıstan, Sloveniya, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrini birləşdirən ənənəvi festivalda həm də Musiqili Teatrın yeganə mono-tamaşası – "Utancaq qız" (F.Dostoyevski) oynanılacaq.

Səhnə əsəri 10 sentyabr saat 18:00-da tanınmış aktyor, Əməkdar artist Şövqi Hüseynovun ifasında Brest Akademik Dram Teatrının səhnəsində təqdim olunacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Əliqismət Lalayev olan bu səhnə əsəri indiyə qədər bir çox nüfuzlu beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

Paylaş:
863

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər