Sahibə Qafarova Bolqarıstanda Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Bolqarıstanda Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub - FOTO

Qafar Ağayev10:10 - 12 / 09 / 2023
Sahibə Qafarova Bolqarıstanda Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub - FOTO

Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarovaya mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.

Parlamentin sədri Mərkəzə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib. Sahibə Qafarova, mərkəz əməkdaşlarına və tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib.

Milli Məclisin sədri Mərkəzə həmçinin, "Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim edərək, Ermənistanın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.

Daha sonra Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb.

Spiker Sahibə Qafarova Mərkəzdə xatirə kitabını imzalayıb.

Paylaş:
347

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər