“PAŞA Holding” “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid övladlarına məktəbli ləvazimatları təqdim edib

Daha öncə də bildirildiyi kimi, PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir.
Proqram çərçivəsində sözügedən övladlara yeni dərs ilinin gəlməsi münasibəti ilə məktəbli ləvazimatları təqdim olunub. Təqdim edilmə prosesi Bravo əməkdaşları və Regional İnkişaf İctimai Birliyinin könülüllülərinin dəstəyi ilə həyata keçirilib. Belə ki, ümumilikdə layihə çərçivəsində 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin 1100-ə yaxın məktəbli övladı dərs ləvazimatları ilə təmin ediliblər.
Xatırladaq ki, cari proqrama səhiyyə sahəsi də daxildir. Belə ki, ümumilikdə 1700-ə yaxın 18 yaşadək olan şəhid övladları PAŞA Holding və PAŞA Sığorta tərəfindən sığorta paketi ilə də təmin olunublar ki, bu paket digər xidmətlər ilə yanaşı stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur. Eyni zamanda, proqram çərçivəsində şəhid övladlarına Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilir.



