Sabirabad sakinlərindən qanunsuz odlu silahlar götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabad sakinlərindən qanunsuz odlu silahlar götürülüb

14:48 - 16 / 09 / 2023
Sabirabad sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Sabirabad rayon sakinlərindən qanunsuz odlu silahlar götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində 15 rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər