Bakıda 25 min manat dəyərində ətir və 2 ədəd saat oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 25 min manat dəyərində ətir və 2 ədəd saat oğurlanıb

10:33 - 18 / 09 / 2023
Bakıda 25 min manat dəyərində ətir və 2 ədəd saat oğurlanıb

Bakıda 25 000 manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 25.000 manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər