Kürdəxanıda evdən 2 kq “patı” götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəxanıda evdən 2 kq “patı” götürülüb

11:08 - 18 / 09 / 2023
Kürdəxanıda evdən 2 kq “patı” götürülüb

Bakıda keçmiş məhkumun evində külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə 1news.az-a DİN-dən məlumat verilib.

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin, 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Paylaş:
214

Son xəbərlər

Bütün xəbərlər