İçərişəhərdə xarici ekspertlərin iştirakı ilə foto neqativlərin bərpası üzrə seminara start verilir | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə xarici ekspertlərin iştirakı ilə foto neqativlərin bərpası üzrə seminara start verilir

Qafar Ağayev12:26 - 19 / 09 / 2023
İçərişəhərdə xarici ekspertlərin iştirakı ilə foto neqativlərin bərpası üzrə seminara start verilir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Muzey Mərkəzinin fondlarından fotoların, foto və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılmasl üzrə nəzəri-praktiki seminar başlayıb.

1news.az xəbər verir ki, “Fotolarda canlanan tarix” adlı layihə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsində elan etdiyi müsabiqədən Muzey Mərkəzinin qalib gəlməyindən başlanmışdır. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Muzey Mərkəzinin fondundan XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid nadir fotoların və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi nəzərdə tutulur. Bərpa prosesi üçün Muzey Mərkəzi tərəfindən xüsusi avadanlıq alınmışdır, nadir fotoların bərpası üzrə Gürcüstan Milli Muzeyinin ekspertləri dəvət edilib.

Seminar zamanı muzey və foto aləmində Azərbaycanda ilk dəfə olaraq foto artefaktların bərpası haqqında ətraflı əyani təqdimat göstəriləcəkdir və iştirakçılara fond nümunələri əsasında bərpa prosesi nümayiş olunacaqdır. Fonddakı foto-neqativləri arasında Bakının, Abşeron və Qarabağın abidələrinə aid unikal foto nüsxələr mühafizə edilməkdədir.
Seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gürcüstan Milli Muzeyinin ekspert və Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçir.

Paylaş:
242

Son xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir29 / 09 / 2023, 23:18Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib29 / 09 / 2023, 17:08Bakıda narkotik satan daha 3 nəfər tutuldu - VİDEO29 / 09 / 2023, 17:00XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib29 / 09 / 2023, 16:54İlham Əliyev: Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır29 / 09 / 2023, 16:40DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib29 / 09 / 2023, 16:30İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik29 / 09 / 2023, 16:20Prezident: Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir29 / 09 / 2023, 16:11Binəli Yıldırım Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 16:01Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın29 / 09 / 2023, 15:55Azərbaycanda ilk iPhone 15 icmalı yayımlandı! İzləyin və smatrfonları 30 aylıq taksitlə Umico Market-də seçin29 / 09 / 2023, 15:42Prezident: “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik”29 / 09 / 2023, 15:31Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - PROQNOZ29 / 09 / 2023, 15:30Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları nəzarət edir29 / 09 / 2023, 15:28Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda növbəti görüş keçirilir29 / 09 / 2023, 15:24Prezident İlham Əliyev: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi29 / 09 / 2023, 15:22Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb29 / 09 / 2023, 15:19Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 15:09Prezident İlham Əliyev: Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq29 / 09 / 2023, 15:03Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH29 / 09 / 2023, 15:00
Bütün xəbərlər

Next TV