AMB: Ötən iki gün ərzində fişinq hücumlar kifayət qədər artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AMB: Ötən iki gün ərzində fişinq hücumlar kifayət qədər artıb

Qafar Ağayev13:16 - 21 / 09 / 2023
AMB: Ötən iki gün ərzində fişinq hücumlar kifayət qədər artıb

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində kiberhücumların aktivliyi artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev "Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD 2023" tədbirində çıxışı zamanı bildirib.

"Ötən iki gün ərzində bir çox sistemə olan hücumların aktivliyi artıb. Xüsusilə DDoS, fişinqlərlə bağlı kifayət qədər hücumlar qeydə alınıb", - deyə Elvin Şahverdiyev əlavə edib.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər