Sumqayıt şəhəri İstedad liseyində STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt şəhəri İstedad liseyində STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb

Qafar Ağayev17:22 - 21 / 09 / 2023
Sumqayıt şəhəri İstedad liseyində STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb

Sentyabrın 21-də Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən İstedad liseyinin nəzdində yaradılmış STEAM və İnnovasiyalar Mərkəzinin açılış mərasimi olub.

1news.az xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.

Qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, mərkəzin yaradılması istedadlı şagirdlərin potensialının artırılması, eləcə də onların yerli, beynəlxalq olimpiada və müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır.

Elm və təhsil naziri Emin Əmrullayev mərkəzin təhsildə yeni yanaşma, həmçinin innovativ tədris metodlarının tətbiqi baxımından əhəmiyyətli olacağını vurğulayıb. 2023–2024-cü tədris ilində STEAM əsaslı təhsilin əhatə dairəsinin genişləndirildiyini qeyd edən Emin Əmrullayev bildirib ki, əsas məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin olunması, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasıdır.

Nazir məktəbdə yaradılmış şəraitin şagirdlər arasından bacarıqlı, yeni çağırışlara cavab verən kadrların formalaşmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, biz güclü insan kapitalı yaratmaq, ölkəmizi innovasiya məkanına çevirmək üçün ilk növbədə dəqiq elmlər, texnologiyalar və İT üzrə bilikləri artırmalı, bu sahədə mütəxəssislər yetişdirməyə nail olmalıyıq. Yeni mərkəz məhz bu rolu oynayacaq. Burada şagirdlərin riyaziyyat, kimya, informatika, robotiks sahələrində bilik və bacarıqlarının aşkarlanaraq inkişaf etdirilməsi, eləcə də innovativ təhsil layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəblilər üçün yaradılan innovativ şəraitə görə təşəkkürünü bildirib.

Daha sonra təhsil müəssisəsinin yeni təmir olunmuş kitabxanasına baxış keçirilib.

Sonda məktəb kollektivi ilə xatirə fotosu çəkdirilib.

Paylaş:
228

Son xəbərlər

Mənzilləri qısa müddətdə satılan “Avant Park”ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNABu gün, 10:07BŞTİ məlumat yaydı: “Hazırda Bakı məktəblərində tədris prosesi davam edir”Bu gün, 09:51DİM dekabrın 10-da doktorantlar üçün imtahan keçirəcəkBu gün, 09:50“Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb”Bu gün, 09:46Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:36Polis gücləndirilmiş iş rejiminə keçdiBu gün, 09:27Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:24Bakı şəhər Dövlət Yol Polisi İdarəsi zəlzələ ilə bağlı sürücülərə müraciət etdiBu gün, 09:21Azərbaycan neftinin qiyməti 79 dollara düşübBu gün, 09:19İlham Əliyev Ermənistana xəbərdalıq edibBu gün, 09:14Azərbaycanda 5,6 maqnitudada zəlzələ olub - YENİLƏNİBBu gün, 09:06FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıbBu gün, 09:04Zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyibBu gün, 09:02Zəlzələdən sonra dəmiryol xətlərində qatarların sürəti aşağı endirilibBu gün, 08:49Azərbaycanlı deputat AŞPA–nın uşaqlar üzrə baş məruzəçisi seçilib06 / 12 / 2023, 17:51ETX “Android” telefon istifadə edənlərə xəbərdarlıq edib06 / 12 / 2023, 17:48Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır06 / 12 / 2023, 17:39Yağış intensiv olacaq - XƏBƏRDARLIQ06 / 12 / 2023, 17:36“Time” jurnalı 2023-cü il üçün “İlin Adamı”nı elan edib06 / 12 / 2023, 17:21Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib06 / 12 / 2023, 17:15
Bütün xəbərlər

Next TV