İstanbuldan Bakıya qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbuldan Bakıya qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb

15:02 - 23 / 09 / 2023
İstanbuldan Bakıya qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb

İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan Dövlət Gömrük Komitəsinin (DGK) Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkar olunub.

1news.az DGK-yə istinadən xəbər verir, bu, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən hava limanında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub.

Məlumata görə, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Paylaş:
269

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər