Azərbaycan XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik edib

18:00 - 23 / 09 / 2023
Azərbaycan XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Milli Günü münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb.

“Milli Gün münasibətilə Səudiyyə Ərəbistanı hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, - XİN-in təbrikində qeyd olunub.

Bundan başqa, XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Albaniyaya da təbrik ünvanlayıb.

“Dostumuz və tərəfdaşımız Albaniyanı 1993-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ürəkdən təbrik edirik! Qoy dostluğumuz əbədi və sonsuz olsun!”, - təbrikdə bildirilib.

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər