Xankəndi yaxınlığında mobil qida təminatı xidmətinin yaradılması təklif edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndi yaxınlığında mobil qida təminatı xidmətinin yaradılması təklif edilib

Qafar Ağayev17:43 - 25 / 09 / 2023
Xankəndi yaxınlığında mobil qida təminatı xidmətinin yaradılması təklif edilib

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin, Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşün nəticələrinə dair məlumatında qeyd edilib.

Görüşdə xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.

Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər