Lokal antiterror tədbirləri zamanı şəhid olan və yaralanan Azərbaycan hərbçilərinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Lokal antiterror tədbirləri zamanı şəhid olan və yaralanan Azərbaycan hərbçilərinin sayı açıqlandı

11:01 - 27 / 09 / 2023
Lokal antiterror tədbirləri zamanı şəhid olan və yaralanan Azərbaycan hərbçilərinin sayı açıqlandı

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Səhiyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Paylaş:
400

Son xəbərlər

Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır”Bu gün, 14:14Şuşada mina partlayıb, xəsarət alan var - YENİLƏNİBBu gün, 14:11YAP fəalları ilə görüş keçirilmişdir - FOTOBu gün, 14:02Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 13:46Prezident seçkiləri ilə əlaqədar gələn il fevralın 7-si qeyri-iş günü olacaqBu gün, 13:27“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransıBu gün, 13:12Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39
Bütün xəbərlər

Next TV