Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib
“44 günlük İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi bəyanata imza atanların buna əməl edəcəyi idi. Lakin Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi".
1news.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olmasının yeganə yoldur.
Nazir bəyan edib ki, Ankara Azərbaycan və Ermənistan rəhbərliyi arasında yaxın günlərdə İspaniyada keçirilməsi planlaşdırılan görüşdən öncə baş verən prosesləri və danışıqları diqqətlə izləyir: “Bir daha ifadə etməyə dəyər: Biz hər zaman olduğu kimi, “bir millət, iki dövlət” anlayışı ilə əziz qardaş Azərbaycanın yanındayıq”.