Millət vəkili Qənirə Paşayeva dəfn olunub - FOTO - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Millət vəkili Qənirə Paşayeva dəfn olunub - FOTO - YENİLƏNİB 1

11:16 - 29 / 09 / 2023
Millət vəkili Qənirə Paşayeva dəfn olunub - FOTO - YENİLƏNİB 1

Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn edilib.

10:29

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

09:58

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.

Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.

Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub.

Paylaş:
903

Son xəbərlər

Bütün xəbərlər