Milli Qəhrəman Riad Əhmədov dəfn edilib - YENİLƏNİB 2 | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman Riad Əhmədov dəfn edilib - YENİLƏNİB 2

13:01 - 30 / 09 / 2023
Milli Qəhrəman Riad Əhmədov dəfn edilib - YENİLƏNİB 2

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun nəşi dəfn edilib.

1news.az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi ll Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:24

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun nəşi dəfn edilir.

1news.az "Report"a istinadən xəbər verir ki, onun cənazəsi İkinci Fəxri Xiyabana gətirilib.

Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xarici Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik Orxan Sultanov da iştirak edirlər.

12:02

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb.

1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təşkil olunub.

Onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

10:54

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.

1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Mərasimdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, deputatlar, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra R.Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

Paylaş:
525

Son xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandıBu gün, 17:54Metroda ölən şəxs müğənninin atası imiş - FOTOBu gün, 17:52Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaqBu gün, 17:48Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 17:32Deputat: “Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır”Bu gün, 17:13Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olubBu gün, 17:11Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcəkBu gün, 16:47Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edilibBu gün, 16:43DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SİYAHIBu gün, 16:42“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunubBu gün, 16:31Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunubBu gün, 16:29Komitə sədri: “Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır”Bu gün, 16:23İşçilərin hüquqlarını pozan şirkətlər cərimələnibBu gün, 16:17ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOBu gün, 16:10Agentlik daha 14 müəssisədə nöqsanlar aşkarladı - SİYAHIBu gün, 16:10Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEOBu gün, 15:53Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşübBu gün, 15:50Qubada qanunsuz kömür quyusu aşkarlanıbBu gün, 15:19“Nəriman Nərimanov” metrostansiyasında sərnişin vəfat edibBu gün, 15:06Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb - FOTOBu gün, 15:06
Bütün xəbərlər

Next TV