Gəncədə mağazadan 15 min manatlıq siqaret oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə mağazadan 15 min manatlıq siqaret oğurlanıb

14:15 - 02 / 10 / 2023
Gəncədə mağazadan 15 min manatlıq siqaret oğurlanıb

Gəncədə mağazadan külli miqdarda tütün məmulatı oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 15000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə sakini M.Rzayev saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
212

Son xəbərlər

Bütün xəbərlər