MN: Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb

15:08 - 02 / 10 / 2023
MN: Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb

Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinə ərzaq aparan avtomobil texnikasına atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər