Zelenski müharibədə həlak olan daha bir azərbaycanlını mükafatlandırıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zelenski müharibədə həlak olan daha bir azərbaycanlını mükafatlandırıb - FOTO

13:45 - 09 / 10 / 2023
Zelenski müharibədə həlak olan daha bir azərbaycanlını mükafatlandırıb - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski bu ölkənin silahlı qüvvələrində xidmət etmiş azərbaycanlı Elvin İlqar oğlu Novruzovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.

1news.az xəbər verir ki, 35 yaşlı hərbçi aeromobil briqadasında topçu kimi xidmət edib.

Novruzovun ailəsi Azərbaycanın Biləsuvar rayonundandır. Onun özü Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub boya-başa çatıb.

O, müharibənin ilk günlərindən Ukrayna silahlı qüvvələrinin sıralarında döyüş əməliyyatlarında iştirak edib, bu ilin əvvəlində Baxmut yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Qeyd edək ki, buna qədər də Ukrayna Prezidenti Silahlı Qüvvələrin bir neçə azərbaycanəsilli hərbçisini mükafatlandırıb. Elvin Novruzov ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçidir.

Paylaş:
200

Son xəbərlər

Bütün xəbərlər