Ölkə ərazisində quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlandı

Qafar Ağayev17:47 - 09 / 10 / 2023
Ölkə ərazisində quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətdən 1news.az-a verilən məlumata görə, indiyədək ölkə ərazisində 93 min 230 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər