AzMİU-da əməkhaqqıların məbləği artırıldı
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkhaqqıların məbləği artırılıb.
1news.az xəbər verir ki, Bununla bağlı rektor professor Gülçöhrə Məmmədova tərəfindən irəli sürülən təklif universitetin Elmi Şurasında müzakirə edilib və səsvermə ilə qəbul olunub.
Qərara əsasən, universitetin professor-müəllim və inzibati idarəetmə heyətinin əməkhaqqısı 20%, tədris-köməkçi və xidmətedici heyətin əməkhaqqısı isə 15% artırılıb.
Məlumat üçün bildirək ki, AzMİU-da vergi tutulmalarından sonra ən aşağı əməkhaqqı 521 AZN təşkil edəcək. Universitetdə professorun əməkhaqqısı vergi tutulmalarından sonra 1696 AZN, dossentin əməkhaqqısı isə 1404 AZN təşkil edəcək.
455