Ucarda həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

Qafar Ağayev11:48 - 12 / 10 / 2023
Ucarda həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

Oktyabrın 11-də axşam saatlarında Ucar rayonunun Alpout kənd sakini İ.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Bəxtiyar İsmayılov saxlanılıb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər