Binədə evdən 12 min manatlıq qızıl oğurlanıb

Binədə evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsindəki evlərin birindən 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini S.Nəzərli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
440