Qusarda 2 nəfər göbələkdən zəhərlənərək ölüb - YENİLƏNİB

Qusarda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
AQTA-dan 1news.az-a verilən məlumata görə, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
14:39
Qusar şəhərində qidadan zəhərlənmə baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakinləri 43 yaşlı Şamil Zeynalov, 47 yaşlı Sabir Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilməmiş bir şəxs göbələkdən zəhərləniblər. Onlardan ikisi dünyasını dəyişib. Şamil Zeynalov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.