Mahru Nortonun “Musiqinin rəngləri” adlı fərdi sərgisi keçirilir - FOTO

Bakıda Rus Evinin təsviri incəsənət sərgi zalında Mahru Nortonun “Musiqinin rəngləri” adlı fərdi sərgisi keçirilir.
13 oktyabr tarixində başlayan sərgi oktyabr ayının 31-dək davam edəcək.
Mahrunun musiqiyə olan bənzərsiz sevgisi onun rəsm əsərlərində təcəssüm olunur. O, öz əsərlərində izləyicini əsrarəngiz obrazlar və musiqi alətlərinin hisslərlə birləşdiyi dünyaya qovuşdurur.
Mahru Nortonun rəsm əsərləri Azərbaycanla yanaşı, xarici ölkələrdə də təqdim edilmişdir. Rəssamın əsərləri bir sıra qalereyaların sərgi salonlarını bəzəyir və dünyanın müxtəlif nöqtələrində şəxsi kolleksiyaların bir hissəsi kimi yer alır.
Bakıdakı Rus Evinin sərgi salonlarında Mahru Nortonun ən yaxşı əsərlərindən seçmələr nümayiş etdirilir. İzləyicilərə qeyri-adi texnikada hazırlanmış və məhz Mahru Nortona xas olan təkrarolunmaz incəliklə dolu musiqili və mistik silsilədən ibarət əsərlər təqdim olunur.












